Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

Avropa Birliyi və ABŞ terrorizmə qarşı


Avropa Birliyi və ABŞ öz bəyannamələrində zamin olublar ki, terrorizmlə mübarizə səylərində insan haqları və İslam, o cümlədən dini müxtəlifliyə hörmət vacib rol oynayacaq.

Avropa Birliyi və Obama administrasiyası mayın 3-də həmçinin söz veriblər ki, terrorçu sui-qəsdlərə mane olmaq üçün diplomatiya və qanunların yerinə yetirilməsi və digər sahələr üzrə əməkdaşlıqlarını möhkəmləndirəcəklər.

İspaniyanın daxili işlər naziri Alfredo Perez Rubalcaba AB daxili işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə bildirib ki, bu bəyannamənin imzalanması lazımdır və Müsəlman ölkələri biləcəklər ki, AB və ABŞ onların dəyərlərinə hörmət edir və terrorçular da biləcəklər ki, iki ittifaq onların aktivliyinə qarşı duracaq.
XS
SM
MD
LG