Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57

Göyçay rayonunun polis rəisi işdən çıxarılıb


Göyçay rayonunun polis rəisi Vüqar Məmmədyarov tutduğu vəzifədən azad edilib. O, Dövlət Yol Polisinin Şirvan qeydiyyat-imtahan şöbəsinə rəis təyin edilib.

Bu barədə AzadlıqRadiosuna Göyçay Polis İdarəsindən məlumat veriblər.

Son vaxtlar bəzi sahibkarlar tez-tez polis rəisinin onlardan rüşvət almasından şikayətlənirdilər.

Amma rayon polisi həmişə səslənən fikirləri təkzib edirdi.

Həmin sahibkarların hüquqlarını müdafiə edən «Demokratiyanın Müdafiəsinə Kömək» İctimai Birliyinin sədri Vidadi İsgəndərov düşünür ki, polis rəisinin işdən çıxarılması onun haqqında edilən şikayətlərlə bağlıdır.

Hüquq müdafiəçisi keçmiş rəis barədə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.

Bununla yanaşı, keçmiş polis rəisi də onu rüşvət almaqda ittiham edən Vidadi İsgəndərovu məhkəməyə verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG