Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:47

Erməni deputatlar Dağlıq Qarabağın müstəqilliyini tanıyan layihəni rədd ediblər


Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası “Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini rədd edib.

Qanun layihəsini müxalifətdə olan “İrs” Partiyası təqdim edib.

“Armenia today” portalının məlumatına görə, “İrs” və Daşnaksutyun” partiyasından olan 2 deputat qanun layihəsinin lehinə, hakim koalisiyasını təmsil edən 5 millət vəkili və 1 müstəqil deputat isə əleyhinə səs verib.

“İrs” Partiyası layihəni parlamentin ümumi iclasında növbədənkənar müzakirəyə çıxarmaq fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG