Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

Çin komandanlığı ABŞ-la əməkdaşlığa həvəs göstərmir


Çinin hərbi liderləri Birləşmiş Ştatlarla əlaqələrin inkişafında bir o qədər də həvəsli deyillər.

Bunu Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts deyib.

Çinin hakim dairələri Pentaqon rəhbərinin Pekinə nəzərdə tutulmuş səfərini təxirə salıb.

Xarici İşlər Nazirliyi səfərin vaxtının münasib vaxta düşmədiyini bəyan etsə də bunun səbəbinə aydınlıq gətirməyib.

Vaşinqtonun Tayvana 6 milyarddan artıq dollar məbləğində silah göndərmək planı bu il iki ölkə arasındakı münasibətləri gərginləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG