Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:13

Ramiz Mehdiyevin «Fəlsəfə» kitabı çapdan çıxıb


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu «Fəlsəfə» kitabı çapdan çıxıb.

APA-nın məlumatına görə, nəşrin rəyçisi Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, layihənin rəhbəri «AzərTac»ın baş direktoru Aslan Aslanov, elmi redaktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, redaktoru «AzərTac»ın baş direktorunun müavini Dağbəyi İsmayılovdur.

Kitab Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunub.

Dərslikdə müstəqil elmi fənn və insanların mənəvi fəaliyyət sahəsi olan fəlsəfənin sistemli şərhi, o cümlədən fəlsəfənin mövzusu, onun metodları, məqsəd və vəzifələri, baza anlayışları, kateqoriyaları və cərəyanları haqqında geniş məlumat verilib.

Kitabda fəlsəfəyə girişlə yanaşı, fəlsəfənin, o cümlədən Şərq fəlsəfəsinin tarixi, müasir fəlsəfənin əsasları, həmçinin tarix fəlsəfəsi və siyasi fəlsəfə şərh edilib.

Qədim və orta əsrlər Azərbaycan fəlsəfəsinin problemləri, XIII-XX əsrlərdə Azərbaycan fəlsəfi fikrinin təşəkkülü də kitabda əksini tapıb.

Məlumata görə, kitabın bu nəşri ali məktəblərin müəllim və tələbə heyətinin xahişi ilə hazırlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG