Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41

Müsavat Gənclər Təşkilatı piket üçün müraciət edib


Müsavat partiyasının Gənclər təşkilatı İsrail səfirliyi qarşısında piket keçirmək üçün iyunun 3-də Bakı Şəhər icra hakimiyyətə müraciət ediblər.

Gənclər Türkiyə bayrağı altında Qəzzaya humanitar yardım aparan gəmi karvanına silahlı basqınla bağlı iyunun 7-də İsrailin Bakıdakı səfirliyi qarşısında piket keçirməyi qərara alıblar.

Gənclər hesab edirlər ki, İsrail əsgərlərinin atdığı addım beynəlxalq hüquq normalarına ziddir və bu addımı atanlar cəzalandırılmalı, İsrail baş verən hadisəyə görə Türkiyədən üzr istəməlidir.

Ötən gün Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü İsrail səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib. Onlar İsrailin Qəzzaya humanitar yardım daşıyan gəmi karvanına hücumunu pisləyən bəyanatı səfirliyə təqdim ediblər.

Mayın 31-də İsrail ordusu gecə saatlarında Qəzza sektoruna humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücum çəkib. İsrail hərbi dəniz qüvvələri azı 10, Türkiyə tərəfi isə 15 nəfərin öldürüldüyünü açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG