Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

Ərdoğan deyib ki, İsrail yaxın dostlarından birini itirə bilər


Əgər İsrail mövqeyini dəyişməsə ən vacib dostlarından birini itirə bilər.

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada ekspertlərin iştirakıyla keçirilən toplantıda deyib.

Ərdoğan bildirib ki, Türkiyə ötən bazar ertəsi İsrailin keçirdiyi reyd zamanı 9 fəalın ölümünə göz yummayacaq.

Son məlumatlara görə onlardan 8-i Türkiyə vətəndaşı, biri isə əslən Türkiyədən olan ABŞ vətəndaşıdır.

Qəzzəyə hümanitar yardım apararkən saxlanılmış yüzlərlə türkiyəli fəal isə İstanbula gətirilib.

Onları İstanbul hava limanında baş nazirin müavini Bülent Arinc və digər ölkə rəsmiləri qarşılayıb.

BMT-nin baş katibi Ban Ki Mun gələcək insidentlərdən qaçmaq üçün İsraili Qəzzə bölməsindən blokadanı götürməyə çağırıb.

Blokadaya haqq qazandıran İsrailin baş naziri Benyamin Netanyahu isə bəyan edib ki, məqsəd İran və digər ölkələrdən Qəzzə bölməsinə qaçaq yolla silah gətirilməsinin qarşısını almaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG