Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:52

Elmar Məmmədyarov iyunun 5-də həmsədrlərlə görüşəcək


Azərbaycanın Xarici İşlər naziri iyunun 5-də Venesiyada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə XİN-dən məlumat verilib.

Səfərdə əsas məqsəd iyunun 5-də Venesiyada Avropa Şurası Venesiya Komissiyasının yaradılmasının 20 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etməkdir.

Tədbirə bir neçə dövlət və hökumət başçısı, o cümlədən Gürcüstan və Macarıstan prezidentləri qatılacaq.

Nazir Venesiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşəcək.

Rəsmi adı Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyası olan Venesiya Komissiyası 1990-cı il mayın 10-da Strasburqda Avropa Şurasının 18 üzvünün təşəbbüsü ilə yaradılıb. Komissiyanın ilkin məqsədi totalitar rejimlərdən azad olmuş ölkələrin öz Konstitusiya və digər qanunlarını Avropa Şurasının normalarına uyğunlaşdırmasına yardım etməkdir. Hazırda Venesiya Komissiyasının Azərbaycan da daxil olmaqla 57 üzvü var. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG