Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:26

Azadlıq blokuna meriya hələ cavab verməyib


Azadlıq blokunun iyunun 5-də mitinq keçirmək müraciətinə Bakı Şəhər icra hakimiyyəti hələ cavab verməyib. Amma blok cavabdan asılı olmayaraq aksiyanı təxirə salmaq fikrində deyil.

Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli AzadlıqRadiosuna deyib ki, əgər meriya münasib yer göstərsə, həmin ünvanda aksiyanı keçirməyə razılaşacaqlar, yox, əgər bu olmasa, onda Azadlıq blokuna daxil olan siyasi partiyalar şəhərin mərkəz meydanlarının birində icazəsiz aksiya keçirəcəklər.

Nurəddin Məmmədlinin sözlərinə görə, bu dəfə azad seçki, sərbəst toplaşma şüarlarına sosial tələblərlə bağlı yeni şüarlar da əlavə ediləcək.

«Əvvəlki aksiyalardan fərqli olaraq bu dəfə sosial tələblər, ölkədəki korrupsiya və rüşvət halları, daşqınlarla bağlı yeni şüarlar səsləndirəcəyik».

Azadlıq blokuna daxil olan siyasi partiyalar sonuncu dəfə icazəsiz etiraz aksiyasını mayın 15-də Nərimanov kinoteatrının qarşısında keçiriblər.

Həmin vaxt 10 saxlanılan 10 nəfərə 5-10 günlük həbs cəzası verilmişdi.

Müsavat Partiyası da eyni tələblərlə iyunun 12-də aksiya keçirməyi planlaşdırır.
XS
SM
MD
LG