Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12

ATƏT-in Parlament seçkiləri ilə bağlı fəaliyyət planı hazırdır


ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel

ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel

ATƏT-in Bakı Ofisinin Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı fəaliyyət planı hazırlanıb.

Bu barədə Ofisin rəhbəri Əli Bilgə Cankorel APA-ya bildirib. Onun sözlərinə görə, plan çərçivəsində iyun ayında medianın seçkilərdə roluna həsr olunmuş tədbir təşkil olunacaq:

«Bundan başqa, seçkilərə qədər televiziyalarda bir sıra proqramlar, tok-şoular hazırlanacaq».

Bütün regionlarda müşahidəçilərin təlimi, seçki komissiyalarının rəhbərləri və icra başçıları ilə toplantıların keçirilməsinin planlaşdırıldığını qeyd edən Ə. B. Cankorel regionlarda siyasi partiyaların təmsilçiləri ilə də görüşlərin təşkil olunacağını deyib. Səfir bu tədbirlərin noyabra qədər davam edəcəyini bildirib. Ə. B. Cankorel sərbəst toplaşmaq azadlığı ilə bağlı görüşləri də davam etdirəcəklərini vurğulayıb.

ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bir müddət baş tutmuş görüşdən sonra yayılmış məlumatlara da aydınlıq gətirib.

Səfir həmin görüşdə bütün məsələlər haqqında danışıldığını və bu barədə Ofisin mətbuat xidmətinin məlumat yaydığını diqqətə çatdırıb:

«Görüşdə heç bir təzyiq olmadı. Ona görə də söhbətin nədən getdiyini bilmirəm. Seçkilərlə bağlı dövlət qurumları ilə görüşlərimiz bundan sonra da davam edəcək».

Qeyd edək ki, bəzi mətbuat orqanları həmin görüşdə Cankorelin təzyiqə məruz qaldığı barədə məlumat yayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG