Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:50

Maşın xəndəyə düşüb yandı. Ölənlər var


İyunun 2-dən 3-ə keçən gecə Naxçıvan-Sədərək magistral yolunun təxminən 60-cı kilometrliyində 099 «Jiquli» markalı avtomaşın xəndəyə düşərək yanıb. Nəticədə avtomobilin içərisində olan 2 nəfər 29 yaşlı Seymur İmanov və elə həmin yaşlarda olan İlqar Əliyev yanaraq ölüblər.

Faktla bağlı MR Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır. Şahidlərin sözlərinə görə, Naxçıvan-Sədərək magistral yolunda təmir bərpə işləri aparıldığından xeyli sayda xəndəklər qazılıb. Buna görə də həmin ərazidə vaxtaşırı qəza hadisələri baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG