Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:43

Bəzi orta məktəblərdə buraxılış imtahanları ləğv edildi


Təhsil naziri Misir Mərdanov və 8 təhsil şöbəsi müdirlərinin iştirakı ilə iyunun 2-də keçirilən müşavirədə fəlakət zonasındakı rayonların su basmış məktəblərinin 9-cu və 11-ci sinifləri üçün buraxılış imtahanlarının ləğv edilməsi barədə qərar qəbul olunub.

AzərTAc-ın məlumatına görə, Misir Mərdanov jurnalistlərə bildirib ki, həmin şagirdlərin attestat və şəhadətnamələrinə illik yekun qiymətləri yazılacaq:

«Qalan məktəblərdə adi qaydada imtahanlar keçiriləcək. Bu bölgədə imtahanların keçirilməsinə biz daha diqqətlə yanaşacaq, imtahanlara hazırlıq daha yüksək səviyyədə aparılacaq. Həm imtahan rəhbərlərindən, həm də otaq nəzarətçilərindən tələb edəcəyik ki, şagirdlərə qarşı daha humanist olsunlar. Şərait yaratsınlar ki, onlar öz bilik və bacarıqlarını nümayiş etdirə bilsinlər».
XS
SM
MD
LG