Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Gəmi karvanında olan əcnəbilər Türkiyədə qəhrəman kimi qarşılanıb


Qəzzaya humanitar yardım daşıyan yüzlərlə əcnəbi İsraildən deportasiya olunandan sonra Türkiyədə qəhrəman kimi qarşılanıblar.

Rəsmilər bildirib ki, bu səhər İsraildən Türkiyə və Yunanıstana mayın 31-də İsrail hərbçilərinin öldürdüyü 9 nəfərin meyiti də göndərilib.

Bu arada BMT baş katibi Ban Ki Mun İsraili humanitar yardımın daxil olması üçün Qəzzadan blokadanı dərhal götürməyə çağırıb.

İsrail baş naziri Benyamin Netanyahu isə blokadanı müdafiə etdiyini, bunun İran və digərlərindən Qəzzaya raket və silah gətirməsinin qarşısını almaq üçün lazım olduğunu bildirib.

Netanyahu bildirib ki, İsrailin gəmi karvanını saxlamaqdan başqa seçimi olmayıb.

Mayın 31-də Qəzzaya yardım aparan gəmi karvanına İsrail əsgərlərinin hücumu nəticəsində azı doqquz adam həlak olub, onlarla adam da yaralanıb.

Türkiyə bu hadisəni «dövlət terroru» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG