Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 20:27

Pentaqon rəsmisi Robert Qeyts Azərbaycana gəlir


ABŞ-ın müdafiə naziri Robert Geyts
ABŞ-ın müdafiə naziri Robert Geyts
ABŞ-ın müdafiə naziri Robert Geyts iyunun 6-da Azərbaycana səfər edəcək. Bu barədə Pentaqonun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

İki günlük səfər çərçivəsində Qeytsin prezident İlham Əliyevlə, iyunun 7-də isə azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşü planlaşdırılır. Görüşlərdə Əfqanıstandakı ABŞ qüvvələrinin Azərbaycan üzərindən təchizatı ilə bağlı məsələlər müzakirə olunacaq.

Pentaqonun mətbuat katibi Ceff Morrel bildirib ki, «nazirin hələ onlarla şəxsən ünsiyyəti olmayıb. Bu, nazirin minnətdarlığını ifadə etmək üçün imkandır».

Morrel bildirib ki, Robert Qeyts Azərbaycandan Əfqanıstandakı Amerika kontingenti üçün yük axınını mövcud səviyyədə saxlanması məsələsində birgə fəaliyyəti də müzakirə etmək istəyir.

Pentaqon rəhbərinin Azərbaycana səfəri onun Asiya turnesi çərçivəsində baş tutacaq. O, Bakıya Sinqapurdan gələcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG