Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:57

Futboldan sonra şahmat


Məhəmməd Mahmudov
Məhəmməd Mahmudov
Hamı pıçıltıyla danışır, daha doğrusu, danışan yoxdur, söz soruşanda pıçıltıyla cavab verirlər. Çünki azacıq yüksək səs şahmat taxtasında vəziyyəti dəyişə bilər: oyunçunun diqqətinin yayınmasını nəzərdə tuturam.

Respublika Şahmat Mərkəzinin iki zalında on-on iki uşağın başı oyuna qarışıb. Onlardan biri səkkiz yaşlı Məhəmməd Mahmudovla tanış oluram. Deyir ki, başqa oğlanlar kimi onu futbol yox, şahmat çəkib.

-Niyə?

- Çünki beyni inkişaf etdirir. Məktəbdə də əlaçıyam.

Nizami Məhərrəmov da bura nəvəsini gətirir və hər ay təqaüdündən 30-40 manat onun təliminə həvəslə xərcləyir:

Şahmat Azərbaycanda futboldan sonra ən çox diqqət ayrılan sahədir, məsələn, prezident bu idman növüylə bağlı Dövlət Proqramı imzalayıb.

Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə illik büdcənin digər federasiyaların büdcəsindən çox olduğunu deyir.

Amma bəzi idman şərhçilərinin fikri isə belədir ki, son illər perspektivli şahmatçıları Bakı məktəbləri yetişdirir. «Futbol+» qəzetinin şərhçisi Kənan Həsənov:

Nurəli Məmmədzadə
«Azərbaycanın bir çox bölgəsində şahmat məktəbi var, amma hələ son illərdə ümidverən şahmatçılar yetişməyib. Bircə Şəhriyar Məmmədyarovu çıxmaq şərtilə, o, Sumqayıt məktəbinin yetirməsidir».

Respublika Şahmat Mərkəzinin əməkdaşı Nurəli Məmmədzadə isə Azərbaycanda şahmata ayrılan vəsaitin səmərəli xərcləndiyini hesab edir və deyir ki, ölkə şahmat məktəbi Avropa çempionatının qalibi ola bilmiş bugünkü milli yığmanın davamçılarını yetişdirir:

«Birincisi qrosmeyster ya usta hər beş dəqiqədən bir doğulmur. Bu, bir istedaddır. Hər deyəndə istedad dünyaya gəlmir. 100 uşaqdan biri uğurlu olur».

Nurəli Məmmədzadənin sözlərinə görə, sovet dövrüylə müqayisədə indi uşağının şahmatla məşğul olmasını arzulayan valideynlər daha çoxdur.

Yeddi yaşlı qızı Gəncə şahmat məktəbində oxuyan Mahirə Zeynalova da deyir ki, maaşları az olsa da, təlimçilər şagirdlərlə həvəslə məşğul olur. Amma bu il zona yarışına vəsiqə qazanan qızını zona birinciliyinə göndərməkdə maddi çətinliklə üzləşib, çünki səfər xərclərini özü ödəyib:

«Yarış Neftçalada oldu, 70 manat pul verdim. Bir valideyn var idi, uşağı Türkiyəyə yarışa getməliydi, dedi ki, 2 min dollar lazımdı, mən də hardan alım bu
Respublika Şahmat Mərkəzi
pulu».

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə deyir ki, ölkədaxili yarışlarda xərcləri yerli idman idarələri ödəyir, hansısa valideynin problemi yaranarsa, yerli idman idarəsinə müraciət etsin.

7 RƏQƏMLİ BÜDCƏ

Bəs ölkə şahmat büdcəsi nə qədərdir? Mahir Məmmədov:

«Dövlət büdcəsindən də, sponsorlardan da büdcəyə gələn vəsaitin hamısını bir araya yığsaq, 7 rəqəmdən ibarət bir büdcədir. Başqa ölkə büdcələrindən çoxdur».

Dövlət büdcəsində idman və bədən tərbiyəsinin təşkilinə bu il 12 milyon manat ayrılıb. Bu vəsaitdən şahmata nə qədər düşdüyü isə ayrıca göstərilmir.

Bakıda tikilməsi nəzərdə tutulan Şahmat Sarayının layihəsinin hazırlanmasına bu ilin investisiya xərclərindən 300 min manat ayrılıb.
XS
SM
MD
LG