Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

«Müsabiqə bitsə də, söz-söhbət davam edir»


Rəşad Məcid
«Münsiflər heyətinin üzvlərindən biri mənə dedi ki, Rafiq Tağı Məhəmməd peyğəmbəri tənqid etdiyi üçün mən onun yazısına sıfır bal verdim».

Bunu AzadlıqRadiosunun «İşdən sonar» proqramında Milli Kitab müsabiqəsinin münsiflər heyətinin üzvü Rəşad Məcid deyib.

QARAQAN 30 İLƏ NOBEL ALACAQ

Rəşad Məcid bildirib ki, fərqli baxışları olan münsiflər heyətinin qərarı onun üçün də gözlənilməz olub. O deyib ki, birinciliyi qazanmış gənc yazar Elxan Qaraqan və onun «A» romanı mövzu baxımından aktuallığı ilə seçilirdi. Rəşad Məcid bildirib ki, Elxan Qaraqan 30 ildən sonra Azərbaycana nobel mükafatını gətirəcək. Publisist israrla bildirib ki, seçimlərdə münsiflər heyətinə heç bir təsir və təzyiq olmayıb.

Müsabiqənin eksperti Zahir Əzəmət qeyd edib ki, onluğa düşmüş əsərlər ekspertlərin kriteriyalarına uyğun seçilib. Qalib yazar Elxan Qaraqanın romanında dil və üslub baxımından qüsurlar olsa da, ekspert bunu ciddi nöqsan hesab etmir. O, bunu Azərbaycanda redaktor məktəbinin olmaması ilə izah edib.

Zahir Əzəmət
Digər ekspert Mahir Qarayev isə bildirib ki, vaxt gələcək onlar dönüb keçmişə baxanda müsabiqədə belə bir qərar verdiklərinə görə fəxr edəcəklər.

Müsabiqənin təşkilatçısı, «Əli və Nino» kitab evinin rəhbəri Nigar Köçərli müsabiqənin tamamilə obyektiv keçdiyini bildirib.

MÜNSİFLƏRİN MANİPULYASİYASI?

Müsabiqənin iştirakçısı, yazar Rafiq Tağı isə bu proseslərdə aldandığını bildirib. «Olanları unutmaq, bir daha aldanmamaq» devizini bundan sonra əlində şüar etdiyini yazar deyib ki, o müsabiqədən əvvəl Nigar xanımın səmimiliyinə aldanıb.

Münsiflərin altdan altdan iş gördüklərini, manipulyasiya ilə məşğul olduğunu deyən Rafiq Tağı bildirib ki, belə işlər müsabiqənin obyektivliyini kölgədə qoyub, Nigar xanımın layihəsi isə cəmiyyət qarşısında devalvasiyaya uğrayıb.

Rafiq Tağı
«Bəlkə də bu müsabiqədə cinayət hadisəsi baş verib».

Müsabiqənin iştirakçısı, yazar Şərif Ağayar da belə nəticə gözləmədiyini bildirib.

«Gərək Elxan Qaraqan Gənclər və İdman Nazirliyinin mükafatını alardı».

Münsiflərin verdiyi qiymənlərin şərti olduğunu bildirən Şərif Ağayar deyib ki, Münsif dediyimiz insanın subyektiv fikri olsa da, o hər hansı bir müəllifin əsərinə təsir etməməlidi.

«QALİB OLMAYANLAR DANIŞACAQLAR»

Milli Kitab müsabiqəsinin münsiflər heyətinin üzvü Rəşad Məcid deyib ki, onlara baxanda Elxanın bioqrafiyası, hələ ki, təmizdir. Müsabiqənin təşkilatçısı, «Əli və Nino» kitab evinin rəhbəri Nigar Köçərli isə müsabiqə yekunlaşsa da, söz- söhbətin bitmədiyinə diqqəti yönəldərək qeyd edib ki, qalib olmayanlar əlbəttə ki danışacaqlar. O, bu müsabiqəni bu vaxta qədər obyektiv keçən ilk müsabiqə adlandırıb.


/Hazırladı: Kamran Mahmudov/

Şərhləri göstər

XS
SM
MD
LG