Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:55

Eynulla Fətullayev həbsxanada aclığa başlayıb


Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayev aclığa başlayıb.

Eynulla Fətullayev bu gün Qaradağ rayon məhkəməsində keçirilmiş prosesdə xəbərdarlıq edib ki, əgər onun azad edilməsiylə bağlı Avropa məhkəməsinin qərarına əməl edilməsə aclığa başıayacaq.

Qeyd edək ki, Avropa insan haqları məhkəməsi Eynulla Fətullayevin dərhal azad olunması və Azərbaycan hökumətinin ona 25 min avro kompensasiya ödəməsi barədə qərar qəbul edib.

Eynulla Fətullayev 2007-ci ildə böhtan atma, milli ədavəti qızışdırma və vergidən yayınma ittihamıyla 8 il yarəm azadlıqdan məhrum edilib.

Bu yaxınlarda isə jurnalistə qarşı həbsxanada narkotik saxlama ittihamıyla yeni cinayət işi qaldırılıb.

Eynulla Fətullayev həbsinin sifariş olduğunu deyir.
XS
SM
MD
LG