Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:13

Su basmış məktəblərdə imtahanlar ləğv edilib


İyunun 2-də Şirvan şəhərində daşqına məruz qalmış Sabirabad, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Zərdab,Şirvan və İmişli təhsil şöbə müdirlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə su basmış məktəblərdə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının ləğv edilməsi barədə qərar qəbul olunub.

Bunu müşavirədən sonra jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Bu məktəblərdə attestat və şəhadətnamələrə illik yekun qiymətlər yazılacaq. Qalan məktəblərdə isə adi qaydada imtahanlar keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG