Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:45

Nəhəng neft ləkəsi Missisipi Ştatına çatıb


Meksika körfəzindəki iri neft ləkəsi Missisipi ştatına çatıb.

Ştatın Qubernatoru Heyli Barbor eni 1, uzunluğu isə 3 kilometrdən artıq olan neft zolağının Petit Bois adasında aşkar edildiyini deyir.

Bu ada Missisipi ilə Alabama ştatı arasındadır.

Beləliklə Luiziana da daxil olmaqla 3 ştatın ekologiyası təhlükə altındadır.

Birləşmiş Ştatların baş prokuroru Erik Holder aprelin 20-də British Petroleum şirkətinə məxsus platformada baş vermiş qəzayla bağlı cinayət işi qaldırıldığını deyir.

Neft sızmasının qarşısını almaq hələ ki, mümkün olmayıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG