Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:53

Brüsseldə Transxəzər layihələri müzakirə olunacaq


İyunun 28-29-da Brüsseldə Avropa Birliyinin energetika üzrə komissarı Günter Ottingerin Azərbaycan və Türkmənistan nümayəndə heyətləri ilə görüşü keçiriləcək.

Bu barədə APA-ya Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Sənaye və Energetika Nazirliyinin, ARDNŞ-in nümayəndələri daxildir.

Görüşdə Transxəzər layihələrinin hüquqi, texniki və kommersiya tərəfləri müzakirə olunacaq.
XS
SM
MD
LG