Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

Lukaşenko Bakıya gəlir


«Belapan» xəbər agentliyinin məlumatına görə, Belorus prezidenti Aleksandr Lukaşenko iyunun 2-də Bakıya rəsmi səfərə gəlir.
Agenlik yazır ki, mayın 25-də Azərbaycanın Belorusdakı səfiri Əli Teymur Nağıyev jurnalistlərə deyib ki, Lukaşenko Bakıda azərbaycanlı həmkarı ilə çoxsaylı məsələləri, o cümlədən, energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Aleksandr Lukaşenko sonuncu dəfə Azərbaycana 2007-ci ilin mayında səfər edib. İlham Əliyevin isə Belorusda axırıncı dəfə keçən ilin dekabrında olub.

Apa.az saytının məlumatına görə, bu gün Bakıda Belarus-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilir. Müzakirə olunan sənədlər arasında sərmayələrin qarşılıqlı müdafiəsi haqqında müqavilə, informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş, Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasında əməkdaşlığa dair Memorandum da var.
XS
SM
MD
LG