Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:37

«ABŞ Cənub Dəhlizinin açılmasına güclü dəstək verir»


ABŞ Xəzər regionundan olan təbii qazı Avropaya gətirəcək yeni dəhlizi - Cənub Dəhlizinin açılmasına güclü dəstək verir. Bu Dəhliz Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kommersiya cəhətdən sərfəli olmaqla, Avropa ilə qarşılıqlı maraqlar üzərində uzunmüddətli tərəfdaşlıq qurmağa imkanlar yaradır.

Bunu ABŞ-ın Avrasiya Enerji Məsələləri üzrə Xüsusi Nümayəndəsi Səfir Riçard Morninqstar iyunun 2-də Xəzər Neft və Qaz Konfransında çıxışı zamanı deyib.

Səfir bildirib ki, Cənub Dəhlizi, ondan bəhrələnəcək ölkələrin, qazın kommersiya şərtləri barədə razılığa gəlmədən reallığa çevrilə bilməz, çünki bu dəhliz üçün qaz yalnız bu müqavilə şərtləri əsasında ixrac oluna bilər:

«Bununla bağlı, biz Şahdəniz qazının alınması və tranziti ilə bağlı Türkiyə və Azərbaycan arasında keçirilən son danışıqlarda əldə olunan irəliləyişləri alqışlayırıq. Biz ümid edirik ki, hər iki tərəf bu yaxınlarda birgə razılığa gələcək. Bu isə bizi əmin edir ki, Cənub Dəhlizi konsepsiyası realığa çevriləcək».

Morninqstar bildirib ki, ABŞ Türkmənistanın Cənub Dəhlizində iştirakını alqışlayar :

« İraq da öz növbəsində Cənub Dəhlizinə qaz ixrac etmək niyyətini bildirib, amma biz hesab edirik ki, bu proses həmin ölkənin hərtərəfli enerji strategiyasının bir hissəsi olmalı və mərkəzi hökümət tərəfindən dəstəklənməlidir. Bizim İran ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz İranın nüvə proqramı ilə bağlı beynəlxalq səviyyədə cəhdlərin davam etdirilməsi fonunda İran rəhbərliyinin mövcud yanaşmasını nəzərə alaraq, bu ölkəni Cənub Dəhlizində görmürük».

Cənub Dəhlizi Nabukko, İtaliya-Türkiyə-Yunanıstan və ehtimal olaraq, Trans-Adriatik qaz kəmərlərini özündə ehtiva edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG