Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 10:31

«Ümid edirəm ki, Azərbaycanın qaz ehtiyatları məhz Qərb istiqamətinə nəql olunacaq»


Riçard Morninqstar
«Ümid edirəm ki, Azərbaycanın qaz ehtiyatları məhz Qərb istiqamətinə nəql olunacaq. Bunun necə və hansı vasitə ilə olacağı icraata aid olan məsələlərdir. Lakin bu istiqamətdə çox müsbət hislər keçirirəm».

Bunu Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar iyunun 1-də jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, «Nabucco» qaz kəməri məsələsinə toxunarkən bildirib ki, ABŞ Cənub dəhlizi layihələrini dəstəkləyir.

Riçard Morninqstar Birləşmiş Ştatların Azərbaycanın qaz ehtiyatlarının məhz Cənub dəhlizi vasitəsilə Avropa bazarlarına daşınmasını istədiklərini deyib:

«Biz inanırıq ki, «Nabucco» həm siyasi, həm strateji nöqteyi-nəzərdən çox böyük önəm daşıyan layihədir. Lakin kommersiya reallıqları hansı kəmərin tikiləcəyini müəyyənləşdirəcək».

ABŞ diplomatı prezident İlham Əliyevlə keçirdiyi görüşdən də məmnun qalıb, görüşdə bir sıra məsələlərin müzakirə olunduğunu bildirib:

«Amerika radiolarının gələcək aqibəti barədə xüsusi olaraq danışmadıq, lakin cənab prezidentlə çox məhsuldar görüş keçirdik və müxtəlif məsələləri müzakirə etdik. ABŞ və Azərbaycan arasında əlaqələr çox mühüm əhəmiyyət kəsb edir. Həm bizim prezident, həm dövlət katibi ABŞ-la Azərbaycanın münasibətlərinə böyük önəm verir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG