Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:03

Rəbiyyət Aslanova: «Dubayda prezidentin mülkü yoxdur»


Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova
«Mən Azərbaycanda insan haqları məsələsinə 5 ballıq şkala ilə 4 qiymət verərdim».

Deputat Rəbiyyət Aslanova «İşdən sonra»da belə deyib. Onun sözlərinə görə, Azərbaycanda jurnalist türməyə jurnalist olduğu üçün düşməyib.

Aslanova deyir ki, Dubayda prezidentin mülkü yoxdur: «İlham Əliyev öz sözünü fəaliyyəti ilə deyir. Bu gün Azərbaycan vətəndaşı öz prezidentinə o qədər inanır ki, heç bir şərhə ehtiyac yoxdur».

O, deputat olduğu beş il ərzində həyata keçirə bilmədiyi məsələlərin də olduğunu bildirir. Ancaq bununla belə: «Hər hansı bir məmur telefonu qaldıranda və mən deyəndə ki, danışan Rəbiyyət Aslanovadır, qarşı tərəf məsuliyyət hiss edir».

Rəbiyyət Aslanova ilə müsahibədən bəzi sitatlar:

- Təqdim etdiyim qanunları könül rahatlığı ilə təqdim etmişəm.

- Məmurların biganəliyi ilə qarşılaşmışam.

- Balaca məmurların iddiası nazirlərin iddiasından daha çoxdur.

- 75 günə heç kim özünü seçiciyə sevdirə bilməz.

- Bu gün dünyanın müharibəsi mənim qafam uğrundadır, düşüncəm uğrundadır.

- Əgər siz seçkiyə getsəz, bir nəfərin yerinə 100-120 nəfər yazıla bilməz.

- Seçkilərdə saxtakarlıq ola bilər.

- Güclü dövlətin güclü müxalifətə ehtiyacı var.

- Hər bir dövlət öz nöqsanlarını yaxşı bilir.

- Vətəndaş bu məmləkətindir və onların hüquqlarını qorumaq dövlətin borcudur.

- Yaradıcı insanların məişət qayğıları olmamalıdır.

- İnsan öz-özünə hesabat verməlidir.

SÖHBƏTİN TAM MƏTNİNİ BURADA OXU

XS
SM
MD
LG