Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:17
Rus şairi Andrey Voznesenski uzun sürən ağır xəstəlikdən sonra yaşamını itirdi. Böyük şair keçirdiyi ikinci insultdan sonra özünü toplaya bilmədi və iyunun 1-də öz evində dünyayla vidalaşdı.

Mərhum Stalin zamanından sonrakı ədəbiyyatçılar nəslinin parlaq simalarından idi.

Andrey Voznesenski 1933-cü il mayın 12-də Moskvada doğulmuşdu.

Uşaqlığı Moskva yaxınlığındakı Vladimir kəndində keçmişdi. Daha sonra İkinci Dünya müharibəsinin amansız üzünü görmüşdü.

Atası blokadada olan Leninqradda çalışırdı. Gələcəyin böyük şairi bir ara hətta anası və bacısı ilə Uralda yaşamağa məcbur olmuşdu.

Müharibədən sonra ailəsi ilə birgə Moskvaya döndü. İncəsənət və memarlıq təhsili aldı.

Və ilk şeirlərini yazmağa başladı.

Yazdıqlarını ünlü şair Boris Pasternaka göndərdi. Onun uğurlu yolundan sonra daha həvəslə qələmə sarıldı.

B.Pasternak onun ilk şeir müəllimi oldu.

İlk şeir kitabı isə 1959-cu ildə çıxdı. «Mastera» - «Ustalar» adlanırdı. Sovetlərin «ilıqlaşma» dönəmi şairin yaradıcılığına xüsusi təkan verdi.

A.Voznesenski zaman-zaman basqılara, haqsızlıqlara uğradı. Amma Sovetlərin ən güclü şairinə - ən çox sevilən, ən çox aranan, kitabları əl-əl gəzən şairinə çevrilə bildi.

Andrey Voznesenski 77 il ömür sürdü. Doğulduğu ayı - mayı yaşayıb, növbəti ayın ilk günündəcə dünyayla vidalaşdı.

Və «Böyük şairlər dünyadan köçəndə ürəklər sızlayır...» deyən Müslüm Maqomayevin sözlərinin doğruluğuna bizləri bir daha inandırdı.

Ruhu şad olsun!

Şərhləri göstər

XS
SM
MD
LG