Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:40

Avropa Birliyi Rusiyada insan haqları fəalları və jurnalistlərə təzyiqlərdən narahatdır


Avropa Birliyinin prezidenti bu gün Rusiya prezidenti ilə keçirilən sammitdə bu ölkədə hüquq müdafiəçilərinin və jurnalistlərin üzləşdikləri təzyiqlərdən narahatlıq ifadə edib. Herman Van Rompuy bu barədə Rusiya prezidenti Dmitri Medvedevlə Rostov şəhərində görüşü zamanı bildirib.

Avropa Birliyinin prezidenti deyir ki, o, Medvedevlə söhbətdə Çeçenistan və Şimali Qafqazın başqa respublikalarında cəzasızlıq mühitindən də narahatdır.
Sammitdə vizasız gediş-gəliş və Rusiya iqtisadiyyatının müasirləşdirilməsi məsələləri də müzakirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG