Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:33

Misir Mərdanov fəlakət bölgəsinə gedir


İyunun 2-də Təhsil Nazirliyi təbii fəlakət baş verən rayonlarda mərkəzləşdirilmiş test imtahanları ilə bağlı qərar verəcək.

Təhsil naziri Misir Mərdanov başda olmaqla, Təhsil Nazirliyinin nümayəndələri təbii fəlakət baş verən bölgəyə ezam olunacaqlar.

Bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, sabah saat 16.00-da Şirvan şəhərində 8 rayonun təhsil şöbələrinin müdirləri ilə görüş keçiriləcək:

«Onların verdiyi məlumat, yerlərdə valideynlərin, təhsil işçilərinin, yerli hakimiyyət orqanlarının təklifləri əsasında təbii fəlakətin baş verdiyi bölgədə mərkəzləşdirilmiş test imtahanları ilə bağlı qərar qəbul olunacaq. Elə həmin gün ictimaiyyətə bu barədə məlumat veriləcək».

M. Mərdanov qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq, bu il IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş test imtahanlarına daha ciddi hazırlıq işləri aparılır. /APA/
XS
SM
MD
LG