Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:42

Kürə və Araza axan çaylara idarə olunan qurğular qoşulacaq


«Kür və Araza axan bir neçə çay üzərində idarəetmə qurğuları quraşdırılacaq».

Bunu iyunun 1-də Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir Kür çayı üzərində yeni su anbarının tikintisini istisna etsə də, əvəzində Kürə axan çayların bəziləri üzərində idarəetmə qurğularının yaradılmasının səmərəli olacağını bildirib:

«Kürü, Mingəçevir Su anbarı və Arazı qidalandıran çaylar var, onlar dağ ərazilərində, əsasən Azərbaycanın daxilində formalaşır. Məsələn, Azərbaycanda formalaşmasa da, sularını Mingəçevir Su anbarına axıdan Qanıx çayı var. Bu hadisələrdə 500 km-dək su gətirən günləri oldu, normal halda 40-50 kub metrlik bir çaydır. Onun üzərində, Acınohur gölü ətrafında su ehtiyatı yaradıla bilərdi. Eyni hal Göyçay, Türyançay haqqında da demək olar. Normal halda 3-4 kilometr su gətirən çaylar, 80-100 km-dək su gətirə bildi».

Nazir bildirib ki, idarə olunan qurğuları yaratmaq çətin olmayacaq.

H. Bağırov bildirib ki, ölkə ərazisində daşqın nəticəsində yaranan problemlər tədricən həll olunur. Onun sözlərinə görə, hazırda dağlıq ərazilərdə əriyən qar və yağan yağışlara görə çaylarda suyun səviyyəsi bir neçə santimetr qalxa bilər. Bununla belə nazir bu faktorun yaxın on gün ərzində aradan qalxacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG