Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:58

Ərdoğan baş verənləri dövlət terrorizmi adlandırıb


“Bu dövlət terrorizmidir”. Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan İsrailin Qəzzaya yardım daşıyan gəmi karvanına hücumunu belə adlandırıb. Mayın 31-də baş verən insidentdən sonra Türkiyə İsraildəki səfirini geri çağırıb.

Türkiyənin Xaric İşlər Nazirliyi isə bildirib ki, Qəzzaya yardım aparan gəmilərdə Türkiyə, ABŞ, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Kanada, Malaziya, Əlcəzair, Serbiya, Belçika, İrlandiya, Norveç, İsveç və Almaniyadan olan 700 adam olub. Hücum nəticəsində 19 adam öldürülüb, 33 nəfər yaralanıb.

İsrail hakimiyyəti isə deyir ki, 9 adam ölüb. Sərnişinlər arasında isə ekstremistlər olub.

İstanbulda İsrail əleyhinə etiraz aksiyaları davam edir.

.

Günün bütün mövzuları

XS
SM
MD
LG