Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:04

Kürdə bəndbərkitmə işləri davam etdirilir


Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində suyun səviyyəsi qalxdığından daşqın təhlükəsi yaranıb. Rayon Fövqəladə Hallar Komissiyasından Turan-a verilən məlumata görə, daşqın təhlükəsinin aradan qaldırılması üçün 2 kilometr uzunluğunda bəndbərkitmə işlərinə başlanılıb. Tikinti işlərinə hərbçilər cəlb olunub.

Qonşu Hacıqabul rayonunda ümumi vəziyyət sabit olsa da, Meyniman kəndində bərpa olunan bəndlərdə sızmalar müşahidə olunur. Yarana biləcək təhlükələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. İmişli, Saatlı və Sabirabadda vəziyyət stabildir.

Ötən gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, gələcəkdə Kür və Araz çayında sululuğun artmasının yaradacağı fəsadların qarşısını almaq üçün şlyuzlar qoyulacaq. Nazir bildirib ki, Mingəçevir su anbarında suyun səviyyəsi təhlükə doğurmur. Qalan zonalara gəlincə, Kür çayında bərkitmə işləri davam etdirilir, Kürün deltasında təmizləmə işləri aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG