Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:49

BMT-nin Təhlükəsizlik Şurası müstəqil istintaq aparılmasını tələb edir


BMT-nin Təhlükəsizlik Şurasının iclasında İsrailin Qəzzaya yardım daşıyan gəmi karvanına hücumu müzakirə olunub. Təhlükəsizlik Şurasının qəbul etdiyi sənəddə deyilir ki, hadisə ilə bağlı müstəqil, obyektiv və şəffaf istintaq aparılmalı, həbs olunan mülki şəxslər və gəmilər azad olunmalıdır.

İsrailin Qəzzaya yardım daşıyan gəmi karvanına hücumu nəticəsində azı 10 adam ölüb, 50 nəfər yaralanıb. Karvana Türkiyə gəmisi “Mavi Mərmərə” başçılıq edirdi. Gəmidə 600 adamdan 400-ü türk idi.

Türkiyə İsrailin hərəkətini dövlət terrorizmi adlandırıb.

XS
SM
MD
LG