Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:31

“Əl-Qaidə”nin Əfqanıstan üzrə lideri öldürülüb


“Əl-Qaidə” Üsama bin Ladenin yaxın silahdaşı, təşkilatın Əfqanıstan üzrə lideri sayılan Mustafa Əbu əl-Yazidin öldürüldüyünü açıqlayıb.

Səid əl-Məsri adı ilə tanınan Misir vətəndaşı Yazid “Əl-Qaidə”nin təsisçilərindən biri və bin Ladenin xəzinədarı sayılırdı. Yazidin ölümünün təfərrüatı açıqlanmasa da, həyat yoldaşının, üç qızının, nəvəsinin də onunla birgə qətlə yetirildiyi bildirilir.

Yazid 11 sentyabr hadisələrindən sonra ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən bank hesabları dondurulan şəxslərdən idi.

XS
SM
MD
LG