Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:11

Elxan Qaraqan "A" romanından


Dünyaya uşaq gətirmənin üç mənası var.

Birincisi uşaq istəmə hissi ilə bağlıdır.

İkincisi ictimai fikirlə.

Üçüncüsü isə daha eqoist – məni kim saxlayacaq qocalanda? Kim basdıracaq?

O və ya bu məqsədlə uşaq doğulur. Valideynlər onu saxlamağa başlayır. Böyüdürlər. Hələ bir valideyn görməmişəm ki, uşağa desin – sən mənə heç nə ilə borclu deyilsən. Çünki mən səni doğanda səninlə heç bir kontakt imzalamamişam ki, sən mənə nə vaxtsa borc qaytarasan.

Nə istəyirsən elə, istəyirsən çıx get, istəyirsən qal, istəyirsən at özünü yeddinci mərtəbədən.

Bu sənin həyatındır.

Bütün valideynlər deyir – Sən bizə borclusan. Sən bizi saxlamalisan çünki biz səni saxlamışıq. Sən bizim həyatımızın bir parçasısan. Sənə nəsə olsa biz ölərik. Sənə nəsə olsa anan dəli olar. Sənə nəsə olsa atan özünü öldürər. Baxın bu cümləni bir də yazıram Sənə nəsə olsa biz ölərik. Bu bilirsiniz bizim həyatımızı nəyə çevirir?

Yadınıza salin köhnə Hollivud filmlərini, polis cinayətkarla üz-üzədir. Və cinayətkara qışqırır – at silahını yerə. Cinayətkarsa deyir – sən at silahını yerə... Biz sənin sevgilini oğramışıq bizə nəsə etsən onu öldürərik. Həmin saniyəyə kimi hamı polisin qalib gələcəyinə inanır. Amma son cümlədən sonra nə baş verir? Hə özünüz deyin. Yox gəlin bir yerdə deyək. Polis silahını yerə qoyur və vəziyyət cinayətkarın xeyrinə dəyişir. Çıxış yolu daha da çətinləşir.


Bizim həyatımız da indi belədir. Biz polisik. Həyatdakı çətinliklər isə Cinayətkarlar. Amma o həyatın əlində həmişə bizim valideynlərimiz var. Onlar da deyirlər – Sənə nəsə olsa biz ölərik.

Silahını qoy yerə və həyatın ədalətsizliklərinə təslim ol. Öyrəş. Adiləş. Arzularını unut. Heç yana getmə. Yanımızda qal.

Bizi saxla. Biz deyən universitetə get, biz dediyimiz oğlana ərə get. Şikayət eləmə ki, səm bizim əmrlərimizi yerinə yetirə-yetirə öz həyatını itirirsən. Qorxma,sənin də uşaqların olacaq,sən də onların həyatını quracaqsa.Onları idarı edəcəksən .

Bax onda da sən yaşayacaqsan.Çünkü bizi də valideynlərimiz istədiyimiz kimi etmişdi. Biz də indi sənin həyatınla yaşayacayıq. Çünkü öz həyatımızın yaxşı illəri keçib.


Məni dəvalieyinlərim zəncirləmək istəyirdi. Amma mən buna imkan verə bilməzdim.

Misirdə hamı FİRONUN yaradıcı olduğuna inanırdı. Onlara deyilirdi ki, hamı həyatına görə FİRONA borcludurlar. Ona görə inək istədiyi vaxt istədiyi dükana girib oranı dağıdıb tökür.Sonra xoşladığı meyvələrdən dişləyib çıxmamış dükanın içində geşəngcə batırır da Gedəndən sonra isə dükanın yiyəsi pərt olmaq əvəziə yerdəki peyinə baxıb sevinir ki, buda müqəddəs allahın hədiyəsidir. Daha bilmirəm yeyir onu ya yox,amma yüz faiz sevinir.Ya milətçilər,əskərlər,onlar vətənə borcludurlar.

Ona görə ölməyə hazırdırlar. Ona görə də özləri uzaq dağların başında hansısa siyasi maraqlara görə qanlarınıtökəndə arvadları qonşuluqdakı kişilərlə yatır. Vətəndaşlar dövlətə borcludurlar. Ona görə hər dəfə vergi verməlidirlər.Hətda öz evinin damında günəş batareyası qoyub elektiriki özün istehsal edib dövlətin işığını işlətməsən də ona görə səndən vergi alacaqlar.

Çünkü sən onların günəşindən işıq götürürsən. Görürsünüz biz həyata nə qədər borcla gəlmişik? Amma izahlı lüğətdə BORC sözü belə izah olunur. “Kimdənsə xahiş olunub alınan və vaxtında qaytarılacağı haqda söz verilən mal”. İndi gəlin baxaq-biz doğulanda kimdənsə kimdənsə xaiş etmişik? Mənim yadımda gəlmir.

Yox.Elə bir şey olmayıb.Qaytarılması danışılmayan bir şey isə hədiyyədir.Hədiyyə bizə məxsusdur.

Yoxsa biz doğulanda demişik ki,bizi saxlayın,bizdə sizə borcumuzu qaytaracayıq? Bizi heç kimdən asılı etmir. Hədiyyəni biz qaytarmaq məcburiyyətində deyilik. Təsəvvür edin ki, sizə kimsə hədiyyə verir. Bir il sonra onu geri istəyir. Siz o adama necə baxarsınız? Mən deyərəm ki, gicdi yəqin.

İndi də elədir. Hamı bizə nə isə verir və bizi borclu çıxarır. Amma mən deyirəm. BİZ HEÇ KİMƏ BORCLU DEYİLİK, ÇÜNKİ HEÇ KİMDƏN BORC
İSTƏMƏMİŞİK.

Həyatımızı necə istəyiriksə elə də yaşayaq. Heç bir kontrakt yoxdur. Hətta ən qeyri-demokratik məhkəmə belə bizi cəzalandıra bilməz. Çünki hər bir “sənə filan şey veriblər” cümləsinə cavabınız var- “verməzdilər, xahiş etməmişdim”.

Bu mövzunu çox çürütmək istəmirəm onsuzda hərə öz fikrində qalacaq. Sadəcə mən demək istəyirəm ki, məni borclu çıxartmasaydılar həyatımda daha çox risk edib daha çox şey qazana bilərdim.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG