Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:30

Milli Kitab Müsabiqəsinin qalibləri açıqlandı


Elxan Qaraqan
Elxan Qaraqan
Mayın 31-i Bakıdakı “Park İnn” hotelində keçirilən mərasimdə Milli Kitab Mükafatı müsabiqəsində qalib gələn yazıçıların adları açıqlanıb.

“Media forum” saytı xəbər verir ki, müsabiqədə birinciliyi Elxan Qaraqanın “A” romanı qazanıb. (Gənc yazar hazırda hərbi xidmətdədir). İkinci yeri Əjdər Olun portret hekayələri, üçüncü yeri Fəxri Uğurlunun “Tanrı dağları” hekayələr toplusu və Samit Əliyevin “Sem şaqov v napravlenii zakata” povesti tutub. İlk üç yerin sahiblərinə diplom və hədiyyələr verilib.

Gənclər və İdman Nazirliyi Əlabbasın “Qiyamçı” romanını, “Qarant” Sığorta Şirkəti Arzu Soltanın “Dəvətnamə” hekayəsini, “1news.az” saytı Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” romanını fərdi qaydada mükafatlandırıb.

İlk üçlüyü münsiflər (Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu, Ramiz Fətəliyev, Elçin Şıxlı, Rəşad Məcid, Afaq Məsud, Nərgiz Cəlilova, Balaş Qasımov, Elnur Baimov, Hamlet İsaxanlı, Rəbiyyət Aslanova) müəyyənləşdirib.

“Əli və Nino” Nəşrlər Evinin təsis etdiyi Milli Kitab Mükafatına 265 əsər qəbul edilmişdi. Ekspertlər (Yaşar, Etimad Başkeçid, Zahir Əzəmət, Mahir Qarayev, Muxtar Kazımoğlu) həmin əsərlərdən 10-nu seçərək münsiflərin ixtiyarına buraxmışdılar.

“Əli və Nino” Nəşrlər Evi 10-luğa düşən əsərləri (Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti, Əlabbasın “Qiyamçı” romanı, Nəriman Əbdülrəhmanlının “Yalqız” romanı, Samit Əliyevin “Sem şaqov v napravlenii zakata” povesti, Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” romanı, Elxan Qaraqanın “A” romanı, Kamran Nəzirlinin hekayələr toplusu, Əjdər Olun portret hekayələri, Rafiq Tağıın hekayələr toplusu və Fəxri Uğurlunun hekayələr toplusu) kitab şəklində çap etdirib.

Həmçinin oxu
Elxan Qaraqan "A" romanından
Elxan Qaraqan "Tualetə getməyənlər şəhəri"
Elxan Qaraqan "Soyuducudan məktub"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG