Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:47

Vətəndaşın evini söküb sinaqoq tikirlər


Mayın 31-də Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri Topçubaşov küçəsi, 64 (Füzuli 31, küçəsindən ikinci giriş) ünvanında yerləşən və vətəndaş Nizami Həsənova məxsus daşınmaz əmlakı ekskavatorlar ilə söküblər.

İstefada olan mayor polisi Həsənov Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırmaq üçün bütün zəruri sənədləri hazırlayıb. Onun sözlərinə görə, məmurların hərəkətləri qanunsuzdur, çünki hökumətin müvafiq sərəncamı yoxdur, qiymətləndirmə komissiyası yaradılmayıb, nəinki kompensasiya verilməyib, hətta onunla danışığa cəhd belə göstərilməyib.

Nəsimi rayon İcra Hakimiyyətinin birinci müavini Ağəli Əhmədov Turan-a bildirib ki, Nizami Həsənova məxsus yaşayış evinin və «Millenium» kafesinin, həmçinin Nəsimi VVAQ-ın yerində dağ yəhudiləri üçün yeni sinaqoq inşa ediləcək. VVAQ artıq Bülbül prospektində yerləşən yeni ünvana köçüb.

Şəmsi Bədəlbəyli küçəsində, adı çəkilən kafenin 100 metrliyində yerləşən köhnə ibadət evi söküləcək, ərazi isə gələcək «Qış parkı»nın bir hissəsi olacaq.

Keçmiş polis işçisi Nizami Həsənov bir şox sakinlərdən fərqli olaraq, qarşıdakı məhkəmə prosesi ilə bağlı ciddi hazırlaşıb. O, öz mənzilinə dair hökumət sərəncamlarını, ümumi sahəsi 209,9 kv. metr olan daşınmaz əmlakın dəyəri haqqında akt olmaqla, bütün sənədləri hazırlayıb.

AR Qiymətləndiricilər Cəmiyyətindən aldığı sənədlərə əsasən, Həsənovun əmlakı 474,8 min manat həcmində dəyərləndirilib. Sənədlərə reyestrlərdən çıxarış, təmir olunmuş yerin fotoları, evin təsviri daxildir.

Ekspertlərin fikrincə, hakimiyyətin vətəndaşlara qarşı başladığı «əmlak müharibəsində» hakimiyyət ticarət və digər obyektləri sökülməyə məruz qalmış keçmiş «etibarlı» məmurların inamını itirmək riski ilə üzləşib.

Nəsimi Rayon Məhkəməsindən əldə olunan məlumata görə, mülkiyyət hüquqlarının pozulması ilə bağlı 20-yə yaxın iddia baxılmaq mərhələsindədir.

Vətəndaşların bir hissəsi vəkillərin xidmətlərindən istifadə edir, qalanları icra hakimiyyəti sistemi ilə özləri «mübarizə aparmaq» qərarına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG