Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:54

Qarabağ əlilinin işi məhkəməyə çıxarıldı


Qarabağ əlili Bağırov Loğman Ramazan oğlu Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirli bilinir və Cinayət Məcəlləsinin uyğun 318.1 maddəsini pozmuş hesab edilir.

Bu maddəyə görə L.Bağırovu iki yüz manatdan beş yüz manata dək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Məhkəmə iyunun 8-nə təyin olunub.

Loğman Bağırov bu ilin martın 17-də Astara rayonun ərazisindən Azərbaycan İran zərhəddini qanunsuz keçib.Həmin gün də Azərbaycan tərəfinə təhvil verilib.

Qarabağ əlili isə İrana yaşamaq məqsədi ilə keçmədiyini söyləyir:

«İşsizəm, 3 baş ailəni dolandıra bilmirəm. Qaza, işığa görə xeyli borcum var. Sosial vəziyyətimlə bağlı yuxarı orqanlara müraciət etmişəm, kömək və iş istəmişəm. Azərbaycanda müraciət etmədiyim yer qalmayıb. Heç kim mənə kömək etmək istəmir. Mənə qarşı olan bu münasibətə etiraz olaraq sərhədi keçmişəm».

Astara rayon icra hakimiyyəti başçısının birinci müavini Məzahim Hüseynov AzadlıqRadiosuna deyib ki, Qarabağ əlilləri dövlət tərəfindən təminatları var:

«Onlar təqaüd alırlar. Rayonda onlar üçün 32 mənzilli ev tikilib. Növbəti illər üçün daha iki bina inşa ediləcək. Əlillər evlə tam təmin olunacaqlar. Qarabağ əlili olan Loğman Bağırovun şikayətləri bizlə bağlı deyil».

Astara rayonunda 45 nəfər Qarabağ əlili var. Onlardan 19 nəfəri işləyir.
XS
SM
MD
LG