Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:41

" ...Kobud təsnifat aparsaq ümumilikdə insanları və müvafiq olaraq da yazıçıları 2 yerə bölmək olar.

Üstünlük təşkil edən birincilər həyatı əlimiz çatan yeganə reallıq kimi nəzərdən keçirir.

Yazıçı olandan sonra bu tip adamlar həmin reallığı kiçik detallarına qədər ifadə etməyə başlayır – o sənə yataq otağındakı söhbəti də, döyüş səhnəsini də, mebelin üzünün hansı parçadan olduğunu da, qoxu və dadları da o qədər dəqiq təsvir edir ki, onun əks etdirdiyi insanın dərketmə hissləri, kameranın obyektivi, bəzənsə elə reallığın özü ilə rəqabət aparır.

Onun kitabını bağlayandan sonra özünü kino zalında, film qurtarandan sonrakı kimi hiss edirsən: işıq yanır, sən isə filmin rəng texnikasına, bu və ya digər aktyorun ifa sənətinə heyranlıq hissi ilə küçəyə çıxırsan, kim bilir sonradan bəlkə həmin aktyorun hərəkətlərini, danışıq tərzini təqlid edəcəksən.

İkinci tip adamlar - belələri azlıq təşkil edir - özünün və ümumiyyətlə istənilən həyatı insan keyfiyyətlərinin sınağı üçün bir laboratoriya kimi qəbul edir. İstər dini, istərsə də antropoloji mənada əhəmiyyət kəsb həmin insani keyfiyyətlərin ekstremal vəziyyətə gətirlib saf-cürük edilməsi onun bir məqsədidir.

Beləsi bir yazıçı kimi detalların nazı ilə oynamır; əvəzində öz qəhərmanlarının daxili aləmini ətraflı təsvir edərək onların ruhundakı dalanların elə dərinliklərinə gedib çıxır ki, şükr edirsən ki, həmin adamla şəxsən tanış deyilsən. Onun kitabını bağlamaq – yuxudan başqa qiyafədə oyanmaq kimidir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG