Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:33

İsrailin hücumu bütün dünyada kəskin reaksiya doğurub


Yunanıstan İsraillə birgə hərbi təlimdən çıxdığını bildirib. Yunanıstan tələb edib ki, İsrail gəmilərdə olan yunanların vəziyyəti ilə bağlı dərhal məlumat versin. Gəmilərdə 30 yunan olub.

Həmas hərəkatı bütün dünya boyu İsrail səfirlikləri qarşısında müsəlmanları etirazlara çağırıb.

Fələstin prezidenti Mahmud Abbas baş verənləri qırğın adlandırıb. O, 3 günlük matəm elan edib.

Ərəb liqasının sədri Əmr Musa İsrailin hücumunu humanitar missiyaya qarşı cinayət hesab edir.

İran prezidenti Əhmədinejad İsrailin hərəkətini qeyri-insani adlandırıb və deyib ki, İsrail öz axırına yaxındır.

Almaniya və Fransa öz narahatlıqlarını bildiriblər.

BMT-nin insan haqları qurumunun rəhbəri baş verənləri şok adlandırıb.

Avropa Birliyinin Xarici Siyasət rəhbəri Ketrin Eşton tələb edib ki, İsrail tam istintaq aparsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG