Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:22

Amerikalı kürəkən Bakıya gəldi


 Tamaşa Musiqili Komediya Teatrının səhnəsində mövsümün sonuna qədər-- iyun ayında da göstəriləcək

Tamaşa Musiqili Komediya Teatrının səhnəsində mövsümün sonuna qədər-- iyun ayında da göstəriləcək

Dövlət Musiqili Komediya Teatrı 100-cü mövsümün sonuna az qalmış Ramiz Mirişli və Marat Haqverdiyevin birgə əməyinin məhsulu olan «Amerikalı kürəkən» iki hissəli musiqili komediyasının ilk tamaşasını göstərdi.

Tamaşanın quruluşçu rejissoru xalq artisti İlham Namiq Kamaldır. İlham Namiq Kamal həm də tamaşada əsas rollardan birinin ifaçısıdır.

Tanınmış aktyor AzadlıqRadiosuna verdiyi müsahibədə hər bir teatrın ancaq müasir əsərlərlə inkişaf etdiyini, gəncləri teatra qaytarmaq üçün müasir əsərlərin tamaşa qoyulmasının önəmini vurğulayıb:

«Tamaşa gənclərin həyatı, məhəbbəti, hətta sevgiləri yolunda qurduqları kələk üzərində qurulub».

Son illər müasir mövzuda yazan yazarlar qıtlığından danışan İlham Namiq Kamal bu sahədə müsabiqələr keçirilməsinin vacibliyini də bildirib.

Tamaşada teatrın müxtəlif nəsil aktyorları - Arif Quliyev, Xanım Qafarova, Ramil Qasımov, Fatma Mahmudova, Əkbər Əlizadə və b. rol alıblar. Tamaşanın quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədovadır.

Tamaşa Musiqili Komediya Teatrının səhnəsində mövsümün sonuna qədər-- iyun ayında da göstəriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG