Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:59

«İranın Talibanı silahlandırmağı məqbul deyil»


NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı MakKristal deyib ki, İranın Əfqanıstana köməyi təbiidir, amma bu yardımın çoxu Talibana hərbi yardımdır.

O bildirir ki, İran Əfqanıstanın qonşusudur, digər qonşu dövlətlər kimi İranın da Əfqanıstanda təbii maraqları var.

MakKristal əlavə edir ki, bəzi hadisələrdə İranın Talibanı silahlandırmağı və onların təlim keçməsinə şərait yaratmağını göstərən sübutlar var və İranın bu davranışı məqbul deyil.

O bildirir ki, Taliban döyüşçüləri İranda təlim keçir və silah sursatı Əfqanıstana İrandan gəlir.
XS
SM
MD
LG