Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32

Gürcüstanda seçkidə hakim partiya irəlidədir


Exit-poll Tibilisi meriyasına keçirilən seçkidə prezident Mixail Saakashvilini dəstəkləyən Vahid Milli Hərəkatın 60 faiz səsə sahib olduğunu açıqlayıb.

Amerikanın «Edison Research» sorğu şirkəti göstərir ki, Vahid Milli Hərəkatın lideri Giki Uqalava sorğularda 61 səs toplayıb.

Sakaşvilinin keçmiş müttəfiqi, müxalfət liderləri İrakli Alasania 17 faizlə ikinci yerdə gəlir.

«İNTERFAKS» Agentliyi isə xəbər verir ki, artıq Gürcüstan mərkəzi seşki komissiyyası ilkin nəticələri açıqlayıb və hakim partiya seçkinin əksər səsini qazanıb.

Hakim partiyanın nümayəndəsi və hazırkı mer Qiqi Uqulava da daxil olmaqla Tbilisidə merlik uğrunda 9 namizəd mübarizə aparıb.

Seçkilərin gedişini Avropa Birliyi, ATƏT və Avropa Şurası da daxil olmaqla 5 minədək yerli və beynəlxalq müşahidəçi izləyib. İnterfaksın məlumatına görə, beynəlxalq müşahidəçilər seçkilərin demokratik keçirildiyini bildirib.

Gürcüstanın 64 bələdiyyəsinə və ilk dəfə olaraq Tbilisi merliyinə birbaşa seçkilər keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG