Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:35

Son zəng çalınır


Mayın 31-də Azərbaycanda «Son zəng» günü keçirilir. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov APA-ya açıqlamasında məlumat verib paytaxtın bütün orta məktəbləri polisin nəzarətindədir.

Onun sözlərinə görə, artıq bununla əlaqədar Bakı şəhər Baş Polis İdarəsi xüsusi tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən, 31 may tarixində paytaxt polisi qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və son zənglə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Ötən il aprelin 30-da Neft Akademiyasında baş verən terror hadisəsindən sonra Təhsil Nazirliyi məktəblilərin kütləvi şəkildə şəhərdə gəzintisinə qadağa qoyub.
Nazir Misir Mərdanov «Ümumtəhsil məktəblərində «Son zəng» tədbirinin keçirilməsi haqqında» əmr imzalayıb. Əmrə əsasən orta məktəblər «Son zəng» tədbiri mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız məktəblərin ərazisində keçirməlidirlər.

Təhsil nazirliyinin məlumatına görə, 2009-2010-cu tədris ilində ölkənin orta təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərində 104037 şagird təhsil alır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG