Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48
«Bura zibil atanın...» Bakıda addımbaşı bu hədəyə rast gəlmək olar. Bu, şəhəri təmiz görmək istəyənlərin ekoloji aksiyasıdır: təmizliksevərlər paytaxtı zibilləyənlərin yaxınlarını, qohumlarını üç nöqtəli cümlələrlə hədəfə almaqla Bakını zibildən çıxarmaq istəyirlər.

«Yaşıl Velosipedçilər» Klubunun üzvü Nigar Sadıqlı deyir ki, bu, daha da qızışdırıcı amildir:

«Ukraynada belə bir yazı görmüşdük: «Bura zibil atmadığınız üçün sizə təşəkkür edirik». Orda daha pozitiv, insanları vicdana çağıran mesajlar gördük. Ancaq bizdə insanlara təhqir dolu mesajlar var. Bu, bir az insanları daha çox zibil atmağa sövq edir».

«Yaşıl Velosipedçilər» Klubuaprelin 15-dən «YAZ» aksiyası keçirir. «YAZ» aksiyası ekoloji maarifləndirmə məqsədi daşıyır.

Klubun idarə heyətinin üzvlərindən Nigar Sadıqlı «14-24»-ə danışır ki, bütün dünyada aprelin 15-dən iyunun 5-dək ekoloji təbliğat müddəti sayılır:

«Bu aksiyanı biz Azərbaycanda tətbiq etmək istədik. Ətraf mühitə qayğı ilə bağlı insanları maarifləndirmək istəyirik insanları. Klub üzvləri ilə görüşdə hər dəfə nə edək sualı qarşısında dururuq ki, biz nə edək ki, maarifləndirməni daha effektli edək».

Klubun digər üzvü Rizvan Mehdizadə deyir ki, ölkədəki ekoloji problemlərin həlli üçün dövlət proqramı var, gənc velosipedçilər sadəcə ekologiya ilə bağlı mədəniyyəti formalaşdırmaq istəyir:

«Ölkədə ekoloji böhran var. Bizim əsas məqsədimiz hansısa çatışmazlığı aradan qaldırmaq deyil. İnsanların düşüncəsində məhz ekoloji qayğını formalaşdırmaqdır».

Gənc velosipedçilərin müzakirəsini buradan dinləyin.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG