Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 17:44

Tovuzda yeni su anbarı tikiləcək


Hökumət daşqın təhlükəsindən qaçmaq üçün bir sıra yeni layihələri nəzərdən keçirir. Bunlardan biri Kürün Tovuz rayonu ərazisindən keçən hissəsində yeni su anbarının tikintisidir.

Bundan başqa Kür və Araz çaylarında yeni qolların açılması da nəzərdə tutulur.

“Meliorasiya və su təsərrüfatı” ASÇ-nin sədri Əhməd Əhmədzadə bildirib ki, kompleks tədbirlərin icərisində ən böyük tədbir Tovuz su anbarının tikintisidir.

Onun sözlərinə görə, orada azı 3 milyard kubmetrə yaxın su nizamlamaq mümkün olacaq.

Hazırda keçmiş SSRİ vaxtından qalmış layihə üzərində iş gedir.

Bundan başqa sahil bərkitmə işlərinin gücləndirilməsi və dağ caylarında su anbarlarının tikinti si nəzərdə tutulub.

/ANS/

Günün bütün mövzuları

XS
SM
MD
LG