Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:44

Çin Şimali və Cənubi Koreya arasındakı gərginliyi azaltmağa çağırıb


Çinin baş naziri Ven Tsyabao bildirib ki, tezliklə Şimali və Cənubi Koreya arasındakı gərginliyi azaltmaq lazımdır.

Cənubi Koreya, Çin və Yaponiya liderlərinin Cənubi Koreyada keçirdikləri görüşdə şimalla cənub arasındakı gərginlik müzakirə olunub.

Martın 26-da Cənubi Koreya gəmisinin batması və 46 adamın ölümüylə nəticələnmiş insidentə görə iki ölkə arasındakı münasibətlər daha da gərginləşib.

Beynəlxalq komissiyanın gəldiyi nəticəyə görə gəminin batmasına səbəb şimaldan buraxılmış torpedo olub.
Şimali Koreya məsələdə əli olmadığını təkid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG