Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Argentinaya səfərini təxirə salıb.
Buna səbəb ölkə paytaxtı Buenos Ayres rəhbərliyinin İndiki Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün heykəlinin açılışını ləğv etməsi olub.
Ankaranın verdiyi bəyanata görə qərar erməni dairələrinin təzyiqi ilə qəbul edilib.
Argentina prezidenti Kristina Kirşner Rəcəb Tayyib Ərdoğana telefon açaraq bildirib ki, mərkəzi hökumət şəhər rəhbərliyinin qərarını ləğv edə bilmir.
Argentinada Oslmanlı İmperiyası dövründə və ondan sonra Türkiyədən gəlmiş böyük bir erməni icması var.