Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:57

Meksika korfəzində neft sızması davam edir


British Petroleum şirkətinin Meksika körfəzindəki platformada neft sızmasının qarşısını almaq cəhdi yenə də baş tutmayıb.

Məlumatı şirkət rəsmiləri və ABŞ prezidenti Barak Obama da təsdiqləyib.

Aprelin 20-də platformada 11 neftçinin ölümüylə nəticələnmiş partlayışdan bəri dənizə neft və qaz sızır.

Mütəxəssislər bir neçə dəfə cəhd göstərsələr də hələlik sızmanın qarşısını almaq mümkün olmayıb.

Bu Birləşmiş Ştatların tarixində ən böyük ekoloji faciə hesab olunur.

Nəhəng neft ləkəsi ABŞ-ın Liuziana ştatında zimərliklər və balıqçılığa ciddi ziyan vurub.

ABŞ prezidenti Barak Obama qəzanın aradan qaldırılmasıyla bağlı görülən tədbirləri şəxsi nəzarətə götürdüyünü deyib.

XS
SM
MD
LG