Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:00

Qaxı sel basıb, magistral yol bağlanıb


Azərbaycanın Qax rayonunda 2 kəndi sel basıb. Məlumatı Qax rayon Fövqaladə Hallar Komosiyasına istinadən APA yayıb. Təbii fəlakətə mayın 29-da axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti və leysan yağışlar səbəb olub.

Qax rayon Fövqaladə Hallar Komosiyasının sədri Tahir İsmayılovun APA-ya verdiyi məlumata görə, rayon ərazisinə yağan leysan yağışlar nəticəsində mənbəyi Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən başlayan Qapıçay çayında suyun səviyyəsi artıb. Qapıçay çayının məcrasından çıxması nəticədə rayonun 150 evi, 1000 nəfərə yaxın sakini olan Marsan kəndinin bütün evlərini və həyatyanı sahələrini sel suları basıb.

Qax rayon fövqəladə hallar komissiyasından bildirilib ki, Qapıçay çayının məcrasından çıxması nəticəsində rayonun Qarabaldır kəndini də su basıb. Kəndin ərazisindən keçən Yevlax-Balakən magistral yolunun bir hissəsi də sıradan çıxıb. Buna görə də səhər saatlarında başlayaraq bu magistralla nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ərazidə ancaq iri həcimli avtomobillərin hərəkət etməsi qismən mümkündü.

Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsindən verilən məlumata görə, ötən gecə yağan leysan yağışlar nəticəsində rayona gələn yüksək gərginlikli elektirik xətlərinin Qax rayonu ərazisindən keçən hissəsində qəza vəziyyəti yaranıb. Buna görə də Qax, Zaqatala və Balakən rayonlarının bir sıra ərazilərində elektirik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda yaranmış qəzanın aradan qaldırılması istiqamətində işlər aparır.
XS
SM
MD
LG