Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:12

Eurovision-2010-nun finalında çıxışlar başa çatdı. Dəfələrlə məşqlərdən keçən ifaçılar əllərindən gələni etdilər. Təqribən bir saatdan sonra qaliblərin adı müəyyənləşəcək.

İpaniyalı Daniel Diqes çıxış edəndə qırmızı papaqlı bir kişi gəlib onun qarşısında dayandı. Diqqətli tamaşaçılar onun şouya heç bir aidiyyatının olmadığını gözdən qaçırmadılar.

Gözlənilmədən səhnəyə çıxan 36 yaşlı Cimmi Camp futbol azarkeşlərinə yaxşı tanışdır. O dəfələrlə təhlükəsizlik əməkdaşlarının diqqətində yayınıb futbol oyunlarının ortasında meydana qaçmağa müəssər olub.

2008-ci ilə Avropa çempionatında Almaniya-Türkiyə oyununda da meydana çıxmışdı.

Bu videoda Cimmi Camp “Bavariya”- “Barselona” matçında meydana çıxır, təhlükəsizlik əməkdaşları onu tutmazdan əvvəl Leonel Messiyə öz ehtiramını bildirməyə macal tapır.



Hazırda səsvermə gedir. Onun nəticələri tezliklə saytımızda, bizi izləməyi unutmayın...

Mövzunu şərh etmək üçün FORUMa gəlin

Günün bütün mövzuları

XS
SM
MD
LG