Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:26

Azərbaycan "Eurovision" üçün neçə min mobil kartı alıb?


Bu rəqəmi hesablamaq mümkün deyil. "Eurovision"a pul xərcləyənlər çətin ki, belə bir rəqəmi açıqlasınlar


VƏTƏNPƏRVƏR GÜRCÜ NORVEÇLİLƏRİ TƏƏCCÜBLƏNDİRİR

"Görünür çox vətənpərvər adamdır". – Bu sözləri mobil telefon şirkətinin nümayəndəsi bir gürcü haqqında deyir. Ötən həftə Norveçin paytaxtında təqribən 1000 manatlıq mobil telefon kartı alan həmin müştəri satıcıya deyib ki, kartlardan Gürüstan nümayəndəsinə səs vermək üçün istifadə edəcək.

“Eurovision” qaydalarına əsasən müğənnilərin vətənində onlara səs vermək mümkün deyil. Amma xarici ölkə şirkətinə məxsus Sim kortun varsa,

məsələn Bakıda oturub rahatca Səfurə Əlizadəyə səs vermək olar.

MOBİL KARTLARI İLƏ NƏTİCƏYƏ TƏSİR ETMƏK MÜMKÜN DEYİL

Müsabiqənin təşkilatçıları bununla bağlı xüsusi narahatçılıq keçirmirlər, müsabiqə finalını 150 milyon televiziya tamaşaçısı izləyəcək. Bu qədər adamın səsinə, təşkilatçıların dediyinə görə, dükandan alınan sim-kartlarla ilə təsir etmək mümkün deyil.

Amma mərc şirkətləri Səfurə Əlizadəni favoritlər sırasına çıxaranda, görünür, ancaq onun peşəkarlığını nəzərə almır, Azərbaycanın xarici ölkələrdən sim-kart almaq imkanlarını da diqqətsiz buraxmıralr.

SƏFURƏ LENAYA DA, YEVA RİVASA DA UDUZUR

Çünki, məsələn, Google şirkətinin təqdim etdiyi xüsusi statistikaya əsasən Səfurə Əlizadə Almaniyadan olan Lenadan xeyli geri qalır.

İnternet şəbəkəsindəki fəallığı kifayət qədər dəqiq qeydə almaq imkanında olan Google şirkəti “Eurovision-2010”la bağlı xüsusi səhifə açıb. Səhifənin təqdim etdiyi statsitik cədvəldə Səfurə Əlizadə ancaq 4-cü yerdədir.

Son dəqiqəyə olan nəticələrə əsasən Lena 434 xalla birinci, Ermənistanlı Yeva Rivas 220 xalla ikinci, Yunanınstan nümayəndələri Giorqos Alkaios&Friends 160 xalla 3-cü yerdədilər. 4-cü yerdə qərarlaşan Səfurə Əlizadənin cəmi 136 xalı var.

Bütün ehtimalların, bütün şaiyə və təxminlərin yalnız bir çarəsi var: yarışmanın nəticələrini gözləmək. Bir neçə saatdan sonra hər şey aydın olacaq.

MÜZAKİRƏLƏRƏ BURADA QOŞUL

Bizi izləməyi unutmayın.

XS
SM
MD
LG